Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilmişdir.

08 dekabr 2025 | 18:15

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə rayon N.Hüseynov adına Alpoud kənd tam orta məktəbində “Güclü qadın-sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə kəndlərdə yaşayan qadınların ictimai fəallığı, sağlam həyat tərzinin təşviqi və qadınların ailə və cəmiyyətdə rolu barədə faydalı müzakirələr aparılmışdır.

Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar Hüseynova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, komissiyanın üzvləri Tamilla İbadova və Liza Cabbarova, məktəbin pedaqoji heyəti və valideynlər iştirak etmişlər.

Tədbirin açılış çıxışını edən komissiyanın sədri Səfurə Hümbətova kənd qadınlarının cəmiyyətdə mühüm rolundan, onların sağlam həyat tərzinə diqqət yetirməsinin ailə və gələcək nəsillər üçün əhəmiyyətindən bəhs etmiş, sadə və real həyat nümunələri ilə qadınların gündəlik vərdişlərinin dəyişməsinin həm sağlamlığa, həm də sosial fəallığa müsbət təsir göstərdiyini vurğulamışdır.

Tədbirin gedişində komissiya üzvləri tərəfindən qadınların ictimai həyatda iştirakı, davranış risk amilləri, fiziki aktivliyin faydaları və ailədaxili sağlam münasibətlərin formalaşdırılması mövzularında məlumatlar təqdim olunmuşdur.

Çıxışlarla yanaşı tədbir iştirakçılarının fikir və təklifləri dinlənilərək onlarla qarşılıqlı müzakirə aparılmışdır.

Sonda qadınların nümunəvi davranışlarının icma və ailə daxilində müsbət dəyişikliklər yaratdığı xüsusi qeyd edilmişdir.

Keçidlər