Bərdə rayonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun təbliği ilə bağlı hüquqi maarifləndirmə tədbiri təşkil edilib
23 aprel 2025 | 17:16
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova, həmin sektorun aparıcı məsləhətçisi Elvin Hacıyev, Bərdə Rayon İcra Hakimiyyəti Aparatının və hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyələrin, publik hüquqi şəxslərin vəzifəli şəxsləri iştirak etmişlər.
Tədbirdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat verilib. İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında da məlumatlandırılıb.
Tədbirin davamında mövzuya dair qarşılıqlı geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.