Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirilib

13 oktyabr 2025 | 12:31

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 3.2. nömrəli bəndinin icrasının təmin edilməsi məqsədilə Bərdə rayonunda qulluq keçən dövlət qulluqçuları üçün   Dövlət İmtahan Mərkəzi tərəfindən 8 və 10 oktyabr 2025-ci il tarixlərində “Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi”  və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr”  mövzularında təlimlər təşkil olunmuşdur. Təlimlər zamanı dövlət qulluğunda müasir idarəetmə yanaşmaları, insan resurslarının effektiv idarə edilməsi, təşkilati ünsiyyətin gücləndirilməsi və komanda işinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunmuşdur. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, interaktiv müzakirələr aparılmışdır. 

Keçirilən təlimlər dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin idarəetmə bacarıqlarının artırılmasına, insan resurslarının idarə edilməsi sahəsində bilik və kompetensiyalarının inkişafına, eləcə də dövlət orqanlarında səmərəli ünsiyyət və komanda işinin təşviqinə xidmət edir.

Keçidlər