Bərdə rayonunda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.3. bəndinin (dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi) və 3.3. bəndinin (dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi) icrasının təmin edilməsi məqsədilə Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tədbir keçirilmişdir. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişlər. Tədbir zamanı dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatlar müzakirə olunmuş, qiymətləndirmə nəticələri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda dövlət qulluğu sahəsində beynəlxalq təcrübələr, mövcud yeniliklər və qabaqcıl dövlətlərin dövlət qulluğu modelləri barədə ətraflı məlumat verilmişdir.Tədbir qarşılıqlı diskussiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılmışdır.






