Bərdə rayonunda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
21 noyabr 2025 | 15:37
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətə öz dərin hörmət və ehtiramlarını bildiriblər.
Sonra bir qrup ədliyyə işçisi Fəxri fərmanla təltif edilib.






