Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayonunda əhalinin mülkiyyət hüquqlarının təmin edilməsinə dair tədbir keçirilmişdir

05 mart 2025 | 12:44

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı”nın 2.6. bəndinin (əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması) icrasının təmin edilməsi məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti başçısının aparatı, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələrin birgə iştirakı ilə tədbir keçirilmişdir. Tədbir zamanı rayon əhalisinin mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi istiqamətində görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə olunmuşdur. Həmçinin bu sahədə qanunvericiliyin tələbləri, tətbiq mexanizmləri və praktiki fəaliyyət zamanı qarşıya çıxan məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mülkiyyət hüquqlarının təmin edilməsinin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

Keçidlər