Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Əhaliyə göstərilən sosial xidmətlər üzrə maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir

15 dekabr 2025 | 15:05

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.3 (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) və 8.5.2-ci ((Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi) bəndlərinə uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Sosial Xidmətlər Agentliyinin və  Qarabağ Regional Dost Mərkəzinin məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbər şəxsləri, bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişdilər.

Tədbirə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov giriş sözü ilə başlamışdır. O, sosial xidmətlərin istiqamətləri və mövcud imkanlar barədə məlumat vermişdir.

Daha sonra Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının rəhbəri Elnur Həsənov mövcud sosial xidmətlər, müraciət prosedurları və tətbiq olunan yeniliklər barədə çıxış etmişdır.

Ardınca Qarabağ Regional Dost Mərkəzinin evdə səyyar sosial xidmətlərin göstərilməsi sektorunun müdiri Eltac Hacıyev evdə sosial xidmətlərin təşkili, xidmət alan kateqoriyalar və dəstək mexanizmləri haqqında məlumat vermişdir.

Tədbirdə həmçinin himayədar ailə modeli geniş şəkildə təqdim olunmuş, modelin üstünlükləri, seçilmə meyarları və uşaqların ailə mühitində böyüməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş və iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər