Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışması keçirilib

14 aprel 2023 | 15:58
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasına start verilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qarabağ Regional Təhsil , Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.
Yarış öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyhun İsmayılzadə, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə, Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova və Qarabağ Regional Təhsil idarəsinin, Bərdə sektorunun əməkdaşı Vüsal Quliyev çıxışlarında bildiriblər ki, "Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən Heydər Əliyev heç zaman unudula bilməz. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Müzəffər Ali baş komandan İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ulu öndərin bu inamını zaman təsdiq edir və biz qalib xalq kimi yaşayırıq".
Müsabiqə çərçivəsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşdirilib, ilkin müəyyənləşdirilən komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub . Rayon və şəhərlər üzrə qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi baş tutacaqdır.
Qeyd edək ki, yarışmanın ikinci mərhələsinə start verilib. Yarışmada Bərdə rayonundan 4 komanda iştirak etmiş, Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin “Zəfər Lideri” komandası, N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbdən “Dağ vüqarlı Ulu Öndər” komandası, F.Muradov adına şəhər 7 nömrəli tam orta məktəbdən “Lider” komandası, Şəhər 8 nömrəli orta məktəbdən “Sabahın Nuru” komandası iştirak etmiş və final mərhəsinə “Zəfər Lideri” və “Sabahın Nuru” komandaları çıxmışdır. Finalda “Zəfər Lideri” komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdır.
Yarışda iştirak etmiş komandalar Regional idarə tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.
Keçidlər