Bərdə rayonunda iri buynuzlu mal-qaranın identifikasiyası və qeydiyyatı sisteminin formalaşması barədə tədbir keçrilmişdir
11 noyabr 2023 | 15:38
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Tədbirlər Planının 10.7.1. nömrəli tapşırığının (Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi) icrası ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyəti Başçısının aparatının, ərazi inzibati dairəsi üzrə nümayəndəliklərinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin, Bərdə rayon heyvan sağlamlığı baytarlıq xidmətləri idarəsinin nümayəndələri və bələdiyyələrin iştirakı ilə rayon ərazisində mövcud iri buynuzlu mal-qaranın identifikasiyası və qeydiyyatı sisteminin formalaşması barədə tədbir keçrilmişdir. Rayon ərazisində ilkin mərhələ üçün iri sahibkarlıq subyektlərindən tədbirlərin başlanması hədəflənmişdir.
Bununla bağlı yaranmış suallar cavablandırılmış, əlavə tövsiyələr verilmişdir.