Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Qida Təhlükəsizliyi ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.

12 fevral 2024 | 10:09
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması) 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının(uşaqlar hamilə qadınlar və.s) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə​ Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbində və Aztelekom MMC-nin rayon şöbəsində maarifləndirici görüş keçirilmişdir.
​ Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rasim Mustafayev və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin Qida Təhlükəsizliyinə nəzarət sektorunun müdiri Xanlar Adıgözəlov keçirilən hər iki görüşün məqsədinin qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizlərinin daha da gücləndirilməsi, sağlam və rasional qidalanma istiqamətində təşviqat işinin aparılması və qida məhsullarının istifadəsi zamanı sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində maarifləndirici bukletlər paylanılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər