Bərdə rayonunda Ramazan bayramı ərəfəsində şəhid və qazi ailələri ziyarət edilmişdir.
Ramazan bayramı ərəfəsində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, bir qrup partiya fəalları- şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov, direktor müavinləri Zərifə Məmmədova, Gülnaz Səlimova, müəllimlər Aynur Baxşəliyeva, Elçin Mustafayev, Qazaxlar kənd tam orta məktəbinin direktor əvəzi Zövqiyyə Əsədova ilə birlikdə rayonun Vətən müharibəsi şəhidləri Quliyev Elçin, Qəribzadə Fəxri, Quliyev Aqil, Cəfərov Amil, Allahverdiyev Əsgər və mülki qazi Elçin Şirinovun ailələrini ziyarət etmişlər.
Şəhid ailələrində olarkən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirmişdir ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Qeyd edək ki, çavuş Quliyev Elçin Rövşən oğlu Vətən müharibəsində Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Çavuş Qəribzadə Fəxri Elmir oğlu Vətən müharibəsində Suqovuşanda gedən döyüşlərdə şəhid olmuş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü” , “Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Çavuş Quliyev Aqil Mətləb oğlu Vətən müharibəsində Fizuli, Zəngilan, Qubadlı, Cəbrayılda döyüşmüş və Şuşada şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü” , “Suşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Mülki şəhidlər Cəfərov Amil Fazil oğlu, Allahverdiyev Əsgər Mahir oğlu Vətən müharibəsində Erməni hərbi birləşmələrinin 28.10.2020-ci il tarixində Bərdə şəhərinə atdığı raket hücumları nəticəsində şəhidlik zirvəsinə ucalmışlar. Eyni zamanda Şirinov Elçin Həvəskar oğlu da bu terrorda çoxlu sayda qəlpə yarası alaraq əlil olmuşdur.
Görüş zamanı şəhid ailələri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.