Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda region gənclərinin iştirakı ilə həyata keçirilən "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminarın iştirakçıları üçün bir sıra tədbirlər təşkil olunub.

28 noyabr 2023 | 16:40
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 23-25 noyabr tarixlərində Bərdə rayonunda gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihə çərçivəsində Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı-publisist Əli Rzazadənin “Müasir dövrdə dəyərlərin mühafizəsi” mövzusunda mühazirəsi dinlənilib.
Seminar iştirakçılarının Bərdə rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Parkı və Qədim Körpüyə səfəri təşkil olunub. Layihə çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanan “Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür” adlı sənədli film nümayiş etdirilib.
Keçidlər