Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda sahibkarlar və investorlarla işgüzar görüş keçirilmişdir

15 dekabr 2025 | 14:51

Bərdə rayonunda dövlət–biznes dialoqunun gücləndirilməsi, sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin aradan qaldırılması və investorların qarşılaşdığı çətinliklərin operativ həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.6.2. nömrəli bəndinin və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2024-cü il tarixli, 268 nömrəli Fərmanının 17-ci bəndinin icrasına uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında sahibkarlar və investorlarla işgüzar görüş təşkil edilmişdir.
Görüşdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev çıxış edərək sahibkarlıq mühitinin yaxşılaşdırılması, biznesin inkişafı üçün yaradılan imkanlar və dövlət–biznes əməkdaşlığının əhəmiyyəti barədə danışmışdır. Başçı ölkədə qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayaraq sahibkarların fəaliyyətində şəffaflığın, ədalətli rəqabətin və rahat biznes mühitinin təmin edilməsinin vacibliyini qeyd etmişdir. Daha sonra o, sahibkarlıq fəaliyyəti sahəsində süni maneələr yaradan və ya qanun pozuntusuna yol verən şəxslər haqqında qanunamüvafiq tədbirlər görüləcəyini və bu istiqamətdə nəzarətin daha da gücləndiriləcəyini qeyd etmişdir.
Görüş qarşılıqlı müzakirə şəraitində davam etmiş, sahibkarların və investorların sualları cavablandırılmış, onların təklif və problemləri dinlənilmişdir.

Keçidlər