Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

10 mart 2026 | 16:49

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax-Ağdam magistral yolunun Bərdə rayonundan keçən hissəsində, yol kənarlarında növbəti ağacəkmə aksiyası təşkil olunub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında aparatın əməkdaşları, bələdiyyələrin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri və rayon sakinləri fəal iştirak ediblər. Aksiya çərçivəsində ərazidə abadlıq və təmizlik işləri aparılıb, yeni yaşıllıqların salınması məqsədilə ümumilikdə 800 ədəd eldar şamı və 400 ədəd müxtəlif gül kolları əkilib və yaşıllıqların suvarılması işi aparılıb. Keçirilən ağacəkmə aksiyası rayon ərazisində ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədi daşıyır.
Rayon rəhbəri bildirib ki, belə təşəbbüslər davamlı xarakter daşıyacaq və il ərzində ardıcıl şəkildə həyata keçiriləcək.

Keçidlər