Bərdə rayonunda şəhidlərin doğum günləri münasibətilə anım tədbirləri keçirilib
Tədbirlərdə Körpüsındıran kəndinin Vətən müharibəsi şəhidi Hüseynov Adil Namiq oğlunun, Kələntərli kəndinin I Qarabağ müharibəsi şəhidi Abbasov İlqar Vahid oğlunun və Vətən müharibəsi şəhidi Yaqubov Yaqub İlham oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimlərində Bərdə RİHB aparatının məsul şəxsləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunaraq önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Çıxış edənlər şəhidlərin Vətən qarşısındakı xidmətlərindən, göstərdikləri igidlik və qəhrəmanlıq nümunələrindən bəhs edərək, onların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.






