Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda tikinti-quruculuq və abadlıq işləri müasir şəhərsalmanın tələblərinə uyğun olaraq bu gün də davam etdirilir.

22 may 2023 | 17:44
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən investisiya layihələri çərçivəsində Bərdə rayonunun siması əsaslı şəkildə dəyişmişdir.
Bərdə rayonunda tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şəhərin bir neçə küçə və prospektlərində Şəhid Mürvət Nəsirov, Devran Nayıbov, Elçin Əsədov, Asif Abışov və Xurşudbanu Natəvan, Məhəmmədhüseyn Şəhriyar, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Mirzə Fətəli Axundov, Bahadur Hacıyev küçələrində asfalt örtüyünün çəkilməsi işləri başa çatıb. Mikayıl Müşfiq, Mirzə Ələkbər Sabir, Nüşabə, Aydın Əhmədov, Devran Nayıbov, Elçin Əsədov küçələrində səki daşları yenidən salınmış, divarlar aqlay daşı örtüyü ilə üzlənmiş, bardyorlar yenilənmişdir. Cəlil Məmmədquluzadə küçəsində 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Həzi Aslanov küçəsində isə 2 mərtəbəli yaşayış binalarının giriş hissələri təmir edilmişdir.
Yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Keçidlər