Bərdə rayonunda Türkiyədə baş vermiş zəlzələdən zərər görmüş əhaliyə humanitar yardım kampaniyası davam edir
11 fevral 2023 | 09:16
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər görmüş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatları, eyni zamanda rayon sakinləri birlik nümayiş etdirərək səfərbər olmuş,qida və qeyri-qida məhsullarının toplanaraq Türkiyəyə göndərilməsində aktiv iştirak etmişlər.
Bu istiqamətdə işlər davam edir.