Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

13 noyabr 2026 | 16:49

Bərdə Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun, Bərdə rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta ümumtəhsil məktəbində “Uşaqlar gələcəyimizdir: hüquqlar və məsuliyyətlər” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların hüquq və azadlıqları barədə məlumatlıq səviyyəsinin artırılması, onların hüquqlarının qorunmasının vacibliyinin diqqətə çatdırılması olub.
Çıxışlarda uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyi vurğulanıb, eyni zamanda hüquq və vəzifələri barədə məlumat verilib.
Sonda mövzuya aid hazırlanmış videoçarx iştirakçılara təqdim olunub.

Keçidlər