Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunmuşdur.

21 avqust 2023 | 10:44

20 avqust  2023-cü il tarixdə Bərdə rayonunun Vətən müharibəsində ilk şəhidi  Turqut Fikrət oğlu Zeynalovun  27-ci doğum günü qeyd olunmuşdur.  Bu münasibətlə Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, ictimai birliklərin rəhbərləri, qazilərin, şəhid ailələrinin və döyüş yoldaşlarının iştirakı ilə şəhidimizin məzarı ziyarət olundu.

Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,. sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  müvafiq Sərəncamlarına  əsasən Turqut Zeynalov ölümündən sonra "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin !

Keçidlər