Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

25 fevral 2023 | 14:20
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rayonun "Qəhrəmanlar Parkı" nda rəmzi məşəl kompleksi önündə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı qurbanlarının xatirəsinə rəmzi məşəl önünə tər gül dəstələri düzülmüşdür.
Xocalı soyqırımında, eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Keçidlər