Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində Novruz bayramı münasibəti ilə şəxsi heyətlə görüş keçirilmişdir.

15 mart 2024 | 18:06
Azərbaycan Respiblikası Baş Prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin tapşırığına əsasən hərbi prokurorun böyük köməkçisi ədliyyə polkovniki Fərəc Sayılov, Ağdam hərbi prokurorunun müavini ədliyyə mayoru Elçin Quliyev hərbi hissədə şəxsi heyətlə görüşmüşlər. Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov gələn qonaqlarla birlikdə tədbirdə iştirak etmişdir. İlk olaraq hərbi hissənin ərazisində vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur. Sonra hərbi hissənin klubunda şəxsi heyətə Respublika Hərbi prokuroru Xanlar Vəliyevin təbrik məktubu oxunmuşdur. Çıxış edən natiqlər qəhrəman Azərbaycan əsgərinin şücaətindən bəhs edərək əsgərlərimizi bayram münasibətilə təbrik etmişlər. Sonda döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə təltif olunub.
Sonra hərbi hissədə əsgər yataqxanalarına, yeməkxana və şəxsi heyətin məişət şəraitinə yaxından baxış keçirilmişdir.
Keçidlər