Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun Yeni Daşkənd kəndində I Qarabağ müharibəsinin şəhidi Nəzərov Eldəniz Dəmir oğlunun doğum günü tədbiri keçirilmişdir

07 yanvar 2024 | 10:11
Tədbirdən öncə kənd ərazisində şəhidlərin xatirəsinə inşa olunmuş abidə kompleksi ziyarət olunmuşdur. Sonra tədbir rəsmi və bədii hissə ilə davam etmişdir. Tədbirdə RİH aparatınının məsul əməkdaşı, şəhidin döyüş yoldaşları, kənd ictimaiyyəti, məktəblilər və şəhidin ailə üzvləri iştirak etmişlər.
Eldəniz Nəzərov 06 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində təhsil almışdır.
Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. 5-ci Bərdə taborunun döyüşçüsü olmuşdur. Müxtəlif silahlardan istifadə etməyi məharətlə bacarmış, Marağa, Marquşavan, Laçın-Kəlbəcər və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini məhv etmişdir.
Eldəniz Nəzərov 25 avqust 1993-cü ildə Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuşdur. Şəhidimiz Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər