Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun Yeni Daşkənd kəndində I Qarabağ müharibəsinin şəhidi Quliyev Ziya Yelmar oğlunun 50 illik yubileyi-anım tədbiri keçirilmişdir.

29 iyul 2023 | 14:39
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə İdarəetmə və texnologiya kollecinin direktoru Xosrov Musayev, SHXÇDX-in Bərdə rayon şöbəsinin rəisi, Bərdə cümə məscidinin axundu, şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları və kənd ictimaiyyəti iştirak etmişdir.Tədbirdən öncə kənd ərazisində inşa olunmuş şəhidlər abidəsi ziyarət olunmuşdur. Tədbirdə çıxış edənlər vətən torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhadətə ucalan qəhrəman Azərbaycan əsgərinin şücaətindən və döyüş yolundan bəhs edərək, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və qazandığımız zəfərin, qələbənin mahiyyətindən danışmışlar. Tədbirin sonunda şəhidimizin anası Siyatel ana şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. I Qarabağ müharibəsinin itkin şəhidi Quliyev Ziya Yelmar oğlu 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində təhsil almışdır.
Bərdə RHK-na müraciət edərək Milli Orduya könüllü getmiş, N saylı hərbi hissənin atıcısı olmuşdur. İki aylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sıravi əsgər Ziya Quliyev 2 aprel 1993-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmış, döyüş bölgəsindən çıxa bilməmiş və şəhid olmuşdur. Məzarının yeri məlum deyil.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun !
Keçidlər