Bərdə regional "ASAN xidmət" mərkəzi və Bərdə rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı "Sən Qalibsən Azərbaycan" adlı tədbir baş tutmuşdur.
08 noyabr 2023 | 11:03
Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir zamanı Qarabağ Regional Mədəniyyət İdarəsinin musiqiçiləri tərəfindən vətənpərvərlik ruhunda musiqilər ifa edilmiş daha sonra isə Əhməd Orucoğlunun əsəri əsasında "Nənənin Kələyi" tamaşası təqdim edilmişdir. Tədbir zamanı rayon ictimaiyyəti, Ağcabədi 1 saylı və 2 saylı Gəncə "ASAN xidmət" mərkəzlərinin könüllüləri və əməkdaşları iştirak etmişlər.
Sonda tamaşa iştirakçılarına sertifikatlar təqdim edilmişdir.