Bərdə Regional “ASAN Xidmət” Mərkəzində tədbir keçirilmişdir
“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyevanın təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzində “Konstitusiya Azərbaycan Respublikasının hüquq sisteminin əsası kimi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “ASAN xidmət” mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun böyük məsləhətçisi Xədicə Zamanova açmışdır. Mərkəzin direktoru İlahə Quliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq maddələri ilə bağlı geniş məruzə etmiş, konstitusion hüquqlar, vəzifələr , insan hüquq və azadlıqları barədə ətraflı məlumat vermişdir.
Tədbirdə “ASAN xidmət” mərkəzi “Notariat xidməti”nin baş hüquqşünası Mərdan Həsənzadə və vəkil köməkçisi Sərdar Zeynalov, YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri rayon Ağsaqqalar Şurasının sədri Yaşar Zamanov, QMƏVŞAİB rayon təşkilatının sədri Etibar Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şəmsiyyə Abbaszadə çıxış etmiş, iş təcrübəsi və hüquqi müstəvidə öz fikirlərini bildirmişlər.
Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.