Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb liseydə "Bələdiyyə seçkilərində qadınların fəallılığının yüksəldilməsi" mövzusunda tədbir keçirilib.

24 yanvar 2025 | 16:54
22 yanvar 2025- ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının və "Bərabər İnkişaf Naminə" Koalisiyanın birgə təşkilatçılığı ilə "Bələdiyyə seçkilərində qadınların fəallılığının yüksəldilməsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayonun fəal müəllimlərindən olan Aygün Hüseynova açaraq ölkəmizdə 29 yanvar 2025-ci ildə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə dəvət edib.
Sonra “Bərabər İnkişaf Naminə” Koalisiyanın rayon üzrə nümayəndəsi Səadət Qaraşova isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də çox uğurla davam etdirilən dövlət qadın siyasətindən danışıb. Qadınların həm dövlət idarəçiliyinin müxtəlif iyerarxiyalarında, həm də seçkili orqanların işində öz iradələrini ifadə etmək əzmində olduqlarını qeyd edib.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin RİHB aparatının yanında yaradılmış komissiyasının sədri Səfurə Hümbətova çıxış edərək ölkəmizin müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoymasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020- ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız möhtəşəm qələbələrdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasından danışıb. Eyni zamanda ölkəmizdə qadınların bütün sahələrdə yüksək fəallıqlarından söz açan S. Hümbətova rayon qadınlarını bələdiyyə seçkilərində də fəal olmağa səsləyib.
Keçidlər