Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə ‘’Qızların təhsil almasının önəmi:dini qaynaqlar nə deyir?’’ mövzusunda tədbir keçirilmişdir
26 yanvar 2024 | 16:38
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Məhəmməd Rəşidov və Qarabağ Regional Təhsil İdarəsi üzrə Bərdə rayon Təhsil sektorunun metodisti Elxan Əliyev iştirak edib.
Çıxışlar zamanı qadının cəmiyyətdə rolu, təhsilin əhəmiyyəti, İslam dinində qadınlara verilmiş hüquqlar, vəzifələr və digər məsələlər haqqında faydalı məlumatlar verilib. Natiqlər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradıldığını, qadınların dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb edilmələri üçün bütün lazımi addımların atıldığını bildiriblər.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.