Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbdə "Gender-İxtisas seçimi zamanı mövcud stereotiplər" mövzusunda təlim keçirilmişdir
22 fevral 2024 | 14:47
Bərdə rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə komissiyanın, Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsinin və Bərdə Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Gender-İxtisas seçimi zamanı mövcud stereotiplər" mövzusunda təlim keçirilmişdir.
Təlimdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Təlimdə Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Bərdə Təhsil sektorunun müdiri Qurban Məmmədov, Bərdə RİH yanında Ailə,Qadın və Uşaq problemləri üzrə komissiyanın sədri Səfurə Hümbətova, Dövlət İmtahan Mərkəzinin Bərdə Regional bölməsinin əməkdaşı Kəmalə Ağayeva, şəhər 1 nömrəli məktəbin müəllimi Liza Cabbarova iştirak edib.
DİM-in Bərdə Regional bölməsinin əməkdaşı Kəmalə Ağayeva tərəfindən keçilən təlimdə orta məktəblərdə təhsil alan IX-X-XI sinif şagirdlərinin ixtisas seçimi zamanı qarşılaşdıqları problemlər, ali məktəblərə qəbul zamanı şagirdlərin düzgün seçim etməməsi, parlaq gələcək, uğurlu karyera və doğru ixtisasa yönəlməkdə istək və bacarıqların düzgün istiqamətləndirilməsinin əhəmiyyəti, ixtisas seçimi zamanı mövcud stereotiplər haqqında ətraflı məlumatlar verilmiş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.