Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilmişdir.

03 noyabr 2023 | 16:23
Tədbir Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edənlər məktəbin direktoru Səbinə Yusifova, direktor müavini Liza Cabbarova, şəhid Hüseynzadə Elməddinin anası Arzu Hüseynova, QMƏVŞAİB-in Bərdə nümayəndəsi Etibar Hüseynova, qazilər Elçin Mustafayev və Daşqın Abdullayev söylədiyi nitqlərdə 2020-ci il sentyabr ayının 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks-hücumla başlayan Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi döyüş yolundan, şəhid və qazilərimizin döyüş meydanında göstərdiyi igidlik və şücaətdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa etdilməsindən söz etmişlər.
Daha sonra şagirlər Zəfər günü üçün hazırladıqları vətənpərvərlik musiqiləri, şeir və rəqslərdən ibarət kompozisiyanı nümayiş etdirmişlər.
Keçidlər