Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhər ümumtəhsil məktəblərində “Aprel döyüşləri” nə həsr olunmuş tədbirlər keçirilmişdir.

05 aprel 2024 | 14:00
Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib.
Qeyd edilib ki, Aprel döyüşlərinin tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi olub. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bunun nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazanılıb.
Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Həmçinin Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.
Keçidlər