Bərdə şəhərində açılması planlaşdırılan DOST Mərkəzi üçün könüllü fəaliyyətinin təbliğ edilməsi məqsədilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində, Bərdə Peşə Liseyində "Könüllü DOST" proqramının təqdimatı keçirilmişdir
09 aprel 2023 | 14:22
Tədbirdə 5 saylı Bakı Dost Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi( könüllülərin idarə edilməsi üzrə) Seymur İbrahimov, Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova iştirak etmişlər.
Tədbirdə “DOST” mərkəzlərində könüllü fəaliyyətini həyata keçirən "Könüllü DOST" proqramı haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, könüllülər "DOST" mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi,müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə fəaliyyət göstərməklə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.