Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir

01 iyun 2023 | 12:48
Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məktəbin 5-ci sinif şagirdi Sultanə Ələkbərzadənin "Dünya uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirilib. Sərgidə müxtəlif mövzuları əhatə edən rəsmlər nümayiş etdirilib.
Sərgidə Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon Təhsil sektorunun əməkdaşı Elxan Əliyev, Vətən müharibəsi qaziləri, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Çıxış edən qonaqlar sərgi ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda iştirakçılar şagirdlərin təqdimatında hazırlanmış bir-birindən rəngarəng kompozisiyaları maraqla izləyiblər.
Keçidlər