Bərdədə 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
03 mart 2025 | 15:55
Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə RİHB aparatının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan Respublikası bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq qurumun fəaliyyətinə öz töhfəsini verməkdədir.
Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili istiqamətində atılan addımların əhəmiyyətindən danışılıb, bu sahənin daim diqqətdə saxlandığı vurğulanıb.