Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

12 iyun 2026 | 16:11
Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, eləcə də idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, yerli QHT nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmiş, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirmişdir ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, ölkədə sabitliyin və inkişafın bərpasının əsasını qoyan tarixi gündür. Qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, ölkəmizin davamlı inkişaf yoluna çıxmasını təmin etmişdir.
YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik olduğunu vurğulamış, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizin qazandığı uğurlar, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası məhz bu uzaqgörən siyasətin nəticəsidir.
Sonda Milli Qurtuluş Gününün Azərbaycan xalqının milli birliyinin, dövlətçilik ənənələrinin və müstəqilliyimizin möhkəmlənməsinin rəmzi olduğu vurğulanmışdır.
Keçidlər