Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “2 fevral - Azərbaycan Gəncləri günü” münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir.

02 fevral 2023 | 18:39
02 fevral 2023-cü il tarixdə Bərdə şəhər 1№ Uşaq İncəsənət Məktəbində Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin, Bərdə regional Mədəniyyət İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Şöbəsinin birgə təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri günü” münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş gənclərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vahid Qarayev açaraq tədbir iştirakçılarını salamladı, gəncləri bayram günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısı adından və öz adından təbrik etdi, gənclərin rayonun ictimai - siyasi həyatında fəal iştirakından, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək “2 fevral - Azərbaycan Gəncləri Günü ” münasibətilə təbriklərini bildirdi, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasətindən və bu siyasətin ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, rayonumuzda 44 mindən yuxarı yeniyetmə və gəncin yaşamasından, onlara göstərilən diqqət və qayğıdan, 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Şöbəsinin rəisi Elbrus Bağırov, YAP rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, Bərdə regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Hacıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə regional “ASAN” Xidmət mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Orxan Fəxrəddinov çıxış edərək təbriklərini söylədilər və əsası Ulu öndər tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən, gənclər və idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışdılar.
Tədbirdə “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə “Dövlət Gənclər Siyasətinin“ həyata keçirilməsində fəallıq göstərən bir qrup gənclərə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının və Bərdə rayon Gənclər və İdman İdarəsi rəisinin müvafiq sərəncam və əmrləri ilə Fəxri Diplomlar təqdim olunmuşdur.
Sonra “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində rayon gəncləri arasında keçirilən “Qədim Bərdə” adlı fotomüsabiqənin qalibləri və məktəblilər arasında basketbol üzrə keçirilən şəhər birinciliyinin qalib komandaları Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli kubok və Diplomları ilə mükafatlandırılmışlar.
Tədbirin rəsmi hissəsindən sonra Bərdə regional Mədəniyyət İdarəsinin dəstəyi və Bərdə şəhər 1№ Uşaq İncəsənət Məktəbinin bədii özfəaliyyət kollektivinin hazırladığı musiqi proqramı iştirakçılara təqdim olundu.
Keçidlər