Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “20 sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə “Suverenliyimiz-əbədi zəfərimiz” mövzusunda tədbir keçirilib

18 sentyabr 2026 | 16:27
Tədbir Bərdə Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində keçirilib. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Samir Səfərov, Bərdə rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, I və II Qarabağ Müharibəsi veteranı, polkovnik-leytenant Dəyanət Əliyev, Vətən Müharibəsi iştirakçısı, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin üzvü, çavuş Ümman Baxşalıyev çıxış edərək ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərdən və gənclərin dövlətçilik dəyərlərinin qorunmasında rolundan bəhs ediblər. Çıxışlarda gənclərin milli kimlik, vətənpərvərlik və dövlətçilik prinsiplərinə bağlılığının vacibliyi vurğulanıb.
Sonda Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüsünün ifasında şeir səsləndirilib.
Keçidlər