Bərdədə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunmuşdur.
20 yanvar 2024 | 14:46
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar öncə Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlər nəticəsində şəhid olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önünə qərənfillər düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anılmışdır. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunmuş, onların məzarları üzərinə tər qərənfillər düzülmüşdür.
Saat 12:00-da rayonun “Şəhidlər xiyabanı” nda şəhidlərin ruhu bir dəqiqəlik xatirə sükutu ilə yad edilmişdir.
Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!