Bərdədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunub
20 yanvar 2026 | 13:48
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Vətən müharibəsi zamanı Ermənistan Silahlı birləşmələrinin Bərdə rayonuna atdığı "Smerç" tipli raketlər nəticəsində şəhid olmuş dinc sakinlərin xatirəsinə salınmış guşəni ziyarət edərək guşə önünə gül dəstələri düzüb ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini dərin ehtiramla anıblar.
Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin dəfn olunduğu rayonun "Şəhidlər xiyabanı" ziyarət edilərək şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir..
Saat 12:00-da rayonun “Şəhidlər xiyabanı” nda şəhidlərin ruhu bir dəqiqəlik xatirə sükutu ilə yad edilib.
Şəhidlərin ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin !






