Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 2023-cü il üçün Mülki Müdafiə “Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq “2023-cü ilin yekunları və 2024-cü il qarşıda duran vəzifələr” haqqında metodiki toplantı keçirilmişdir.

08 dekabr 2023 | 10:23
07 dekabr 2023-cü il tarixində Bərdə rayon İcra Hakimiyyətinin akt zalında yerli icra hakimiyyətinin digər idarə, müəssisə və təşkilatların, təhsil müəssisələrinin rəhbər və əməkdaşlarının iştiraki ilə “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib.
Toplantıda Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ədalət Əhmədov, FHN-nin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin rəisi mayor Elçin Rəcəbov, şöbənin baş zabiti kapitan İntiqam Mikayılov, baş leytenant Murad Bəhmənli iştirak etmişlər.
İlk olaraq Ədalət Əhmədov tədbiri açaraq gələn qonaqları təqdim edib. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər.
Daha sonra idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Keçidlər