Bərdədə "2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti barədə" konfrans keçirilmişdir
24 fevral 2023 | 10:56
Konfransda Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayonda fəaliyyət göstərən pambıqçılıq şirkətlərinin, rayon Suvarma Sistemləri idarəsinin məsul işçiləri, Sudan İstifadə Birlikləri, rayon Elektrik şəbəkəsinin, “Aqrolizinq” ASC-nin nümayəndələri, fermerlər, inzibati ərazi dairələri üzrə nümayəndlər və bələdiyyə sədrləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər rayonda pambıqçılığın sürətlə inkişaf etdirilməsi üçün görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, 2015-ci ildə rayonda 1162 hektar sahədə pambıq əkilərək 3400 ton məhsul istehsal edildiyi halda, 2022-ci ildə 11038,1 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32,6 sentner olmaqla 35950 ton pambıq istehsal edilmişdir. İstehsal 2015-ci ilə nisbətən 10,6 dəfə artmışdır.
Hazırda pambıq əkini üçün yeni sahələr müəyyənləşdirilir, əkin üçün hazırlıq işləri davam etdirilir.