Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2026 | 15:38
23 İun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətində tədbir təşkil olunub. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəçiliyi sistemi daha da təkmilləşdirilmiş, bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də mühüm nailiyyətlər əldə olunub. Qeyd edilib ki, 2000-ci il iyulun 21-də qəbul olunmuş “Dövlət qulluğu haqqında” Qanun ölkədə dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasına, kadr potensialının inkişafına, dövlət qulluqçularının hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.
Daha sonra çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edərək onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup əməkdaş Bərdə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən yüksək etimada və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər