Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

27 sentyabr 2026 | 12:29

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm və müqəddəs yer tutduğunu bildirib. Qeyd edib ki, bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Başçı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs edib. Vidadi İsayev şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə nümunə olduğunu, onların xatirəsinin daim yaşadılmasının və şəhid ailələri ilə qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Digər çıxışlarda da Anım Gününün əhəmiyyətindən, şəhid və qazilərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, şəhidlərimizin şərəfli döyüş yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnəkdir.
Sonda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər