Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 44 günlük Vətən müharibəsi şəhidlərinin beşinci ildönümü mərasimləri qeyd olunur.

06 oktyabr 2025 | 17:00
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olmuş Bərdə rayonundan olan şəhidlərin əziz xatirəsi yad olunub, məzarları üzərinə tər gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!
Keçidlər