Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 44 günlük Vətən müharibəsi şəhidlərinin ikinci ildönümü keçirilmişdir

29 sentyabr 2022 | 17:48
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Turqut Zeynalov, Nofəl Əlizadə, Əli Məhərrəmov, Murad Musayev, Elzamin Təhməzov, Səfayət Hümbətov, Elməddin Hüseynzadənin əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın məsul əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr diləyirik!
Keçidlər