Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü mərasimi keçirilmişdir

02 oktyabr 2023 | 17:21
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Zeynalov Turqut Fikrət oğlu, Əlizadə Nofəl Qənbər oğlu, Məhərrəmov Əli Kamil oğlu, Yusifov Elməddin Mahir oğlu, Məmmədzadə Əli Turan oğlu, İsgəndərov Vüsal Asdan oğlu, Qəmbərov Mehman Nəriman oğlu, Behbudlu Behbud Rübail oğlunun əziz xatirəsi yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir diləyirik!
Keçidlər