Bərdədə 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
07 iyun 2025 | 13:29
5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin təşkilatşılığı ilə tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra idarənin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, torpaq, bayraq və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhunu dərin ehtiramla yad ediblər.
Tədbirdə Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Vüqar Zeynalov və RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov çıxış edərək peşə bayramı münasibəti ilə kollektivi ürəkdən təbrik edib, meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu xüsusu ilə qeyd etmişlər.
Sonda peşə bayramı münasibətilə rayon İcra Hakimiyyəti və Regional Su Meliorasiya Xidməti tərəfindən idarənin bir qrup əməkdaşı peşə fəaliyyətində fərqləndiyinə görə Fəxri fərmanla təltif olunublar.