Bərdədə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə əlbəyaxa döyüş idman növü üzrə “Master klas” keçirilmişdir
03 mart 2023 | 12:36
02 mart 2023-cü il tarixdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “İdman həftəsi”nin proqramına uyğun olaraq Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdlərinin iştirakı ilə əlbəyaxa döyüş idman növü üzrə Dünya və Avropa çempionu, idman ustası, cüdo idman növü üzrə məşqçi Rəşad Ocaqverdiyev tərəfindən “Master klas” keçirilmişdir. Tədbirdə 65 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq şagirdləri və idmançıları qarşıdan gələn 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik etdi. Sonra o, respublikamızda ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına və idmançılara göstərilən xüsusi diqqət və qayğıdan, son illər Azərbaycan və rayon idmançılarının müxtəlif idman növlərində əldə etdikləri yüksək nailiyyətlərdən danışdı.
Rəşad Ocaqverdiyev cüdo idman növünün yaranma tarixindən və onun ölkəmizdə inkişafindan, olimpiya, dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə cüdoçularımızın qazandıqları nailiyyətlər barədə məlumat verdikdən sonra bu idman növü üzrə müxtəlif fəndlərin icrasını nümayış etdirdi.
Sonra o, şagirdləri maraqlandıran sualları cavablandırdı.
Sonda məşqçi R.Ocaqverdiyev iştirakçılara avtoqraf paylamışdır.