Bərdədə abadlıq-quruculuq istiqamətində işlər davam etdirilir
Küçə və prospektlərdə piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərin yenilənməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində Heydər Əliyev prospekti, Sərhəd Zöhrabbəyov küçəsi, Pərvin Əlizadə küçəsi, Asəf Əsgərov küçəsi, Elməddin Yusibov küçəsi, Həzi Aslanov küçəsi, Vaqif küçəsi və Qəhrəmanlar parkı ərazisində abadlıq və yenidənqurma işləri icra olunur.
Layihə üzrə nəzərdə tutulan işlərin yekununda sözügedən ərazilərdə 11265 kv.m tamet daşlarının döşənməsi, 1831 kv.m istinad divarlarının aqlay üzlüklə üzlənməsi işlərinin aparılması, habelə 6611 metr bordürün yenisi ilə əvəz edilməsi planlaşdırılır. İşlərin müəyyən olunmuş qrafikə uyğun olaraq bu ilin mart ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
İcra edilən tədbirlər şəhərin piyada səkilərinin müasir tələblərə uyğunlaşdırılmasına, piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda şəhər infrastrukturunun abadlaşdırılmasına xidmət edir.






