Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilmişdir
28 fevral 2024 | 16:21
Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvü, şəhər 2 saylı kitabxananın müdiri Nərgiz Cəfərovanın təşkilatçılığı ilə Bərdə Elektron kitabxanada “Qadın həmrəyliyi və qadınların cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nərgiz Cəfərova bildirib ki, Azərbaycan qadınları yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olub. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edən Ümummilli lider Heydər Əliyev “Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir” deyə qeyd etmişdir.
Sonra komissiyanın sədri Səfurə Hümbətova, QMƏVŞAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, UGİM-nin direktoru Aynurə Əyyubova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, şəhər 1 nömrəli məktəbin müəllimi Liza Cabbarova çıxış edərək Azərbaycan qadınının bu gün həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiqli yeri, dövlətimizin uğurlu sabahının, xalqımızın firavanlığının ən ciddi təminatlardan biri olduğunu bildirmişlər.