Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri təşkil edilib
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə “Övladımı nə qədər tanıyıram?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvləri Etibar Hüseynova və Liza Cabbarova, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.
Tədbirin açılışında məktəbin direktoru Məhparə Mustafayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin mövzusunun əhəmiyyətindən danışıb. Çıxışında valideyn-övlad münasibətlərinin düzgün qurulmasının, uşaqların maraq və düşüncələrinin yaxından öyrənilməsinin, onlara diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb.
Digər çıxışlarda da ailədə sağlam ünsiyyətin, qarşılıqlı anlayış və etimadın əhəmiyyətindən bəhs edilərək, övladların fərdi xüsusiyyətlərinin və ehtiyaclarının nəzərə alınmasının vacibliyi qeyd olunub.Tədbirdə valideynlərin övladlarını daha yaxından tanımaları, onların qarşılaşdıqları problemləri vaxtında müəyyən etmələri və uşaqlara düzgün istiqamət vermələri ilə bağlı fikir və tövsiyələr səsləndirilib.






